Azərbaycanda çörək ucuzlaşdı

Naxçıvan Muxtar Respublikasında çörəyin qiyməti endirilib.

Sabahinfo.az xəbər verir ki, muxtar respublikada bu gündən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır.

Çörəyin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.