“Azərbaycanda dövlət-cəmiyyət münasibətlərində etimad mühiti formalaşıb”

“Azərbaycanda hazırda iqtisadi inkişaf, ciddi islahatlar aparılmaqdadır. Dövlətimizin siyasi-iqtisadi uğurları aparılan köklü islahtların effektiv nəticəsidir”. Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza fikirlərini bildirib.  

Səadət Məhərrəmova deyib ki, hər bir ölkənin dinamik inkişafında davamlı islahatların aparılmasının əhəmiyyətli rolu var: “Azərbaycan dövləti də özünün inkişafı üçün islahatlara böyük önəm verir. Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında bu məsələ haqda da fikir bildirib. Dövlət başçısı hesab edir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. “İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir”,-deyə cənab Prezident əlavə edib. Göründüyü kimi, Azərbaycanda siyasi dialoq mühitinin yaranması dövlətin marağındadır. Artıq bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Azərbaycanda siyasi sabitlik höküm sürür. Dövlət-cəmiyyət münasibətlərində etimad mühti formalaşıb. Xalq-iqtadar birliyi özünü hər bir sahədə müsbət yöndə göstərməkdədir”.

QHT sədrinin fikrincə, aparılan islahatları cəmiyyət çox yüksək qiymətləndir: “Çünki bu islahatların aparılmasının məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırılması, iqtisadiyyatımızın sürətləndirilməsidir. Ümumiyyətlə, hər bir islahat mövcud problemlərin həllində çox əhəmiyyətli rol oynayır. Sevindirici haldır ki, Azərbaycanda islahatlar ardıcıl xarakter alıb. Bu da dövlətin düşünülmüş siyasətidir”.