Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

"Neftçi" TV-nin əməkdaşı Elvin Rüstəmov vəfat edib.

"Report"un məlumatına görə, o, Bakı-Quba yolunda avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. O, Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi idi.