Azərbaycanda il ərzində neçə nəfər İİV-ə yoluxub?

2022-ci ilin 11 ayı üzrə 731 nəfər insan immun çatışmazlığı virusuna (İİV) yoluxub, bunların 715-i Azərbaycan vətəndaşıdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10 101 nəfər qeydiyyata götürülüb, onlardan 9 772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbidir.

İİV-ə yoluxanların 10 101 nəfərin 7 195-i kişi, 2 906-sı qadındır. Onlardan 3 556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2022-ci ilin 11 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olub.