Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və həmin ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və şadlıq sarayı tikdirərək ona öz adını verib. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.