Azərbaycanın beş Milli Qəhrəmanının məzar daşları hazırlandı 

Qubadlıdan olan beş Milli Qəhrəmanın məzar daşı Qubadlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hazırlanıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Qubadlı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Namiq İsayev məlumat verib.

O bildirib ki, məzar daşları hazırlanmazdan qabaq Milli Qəhrəmanların ailələri ilə razılaşdırılıb:

“Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı öz daxili imkanları hesabına Qubadlı rayonundan olan beş Milli Qəhrəmanımızın məzar daşının hazırlanmasını tapşırıb. Həmin Milli Qəhrəmanlarımızın məzar daşları artıq hazırdır. Ailələri də məzar daşlarına baxıb və razılıqlarını veriblər.

Hələ dəqiq tarix bəlli deyil, lakin qısa zaman ərzində məzar daşlarının Qubadlı rayonunda qoyulması gerçəkləşdiriləcək”.