Azərbaycanın dövlətçilik maraqları yenə qorundu  

Dövlətlərarası münasibətlər ikitərəfli əlaqələrlə daha da möhkəmlənir. Bu əla­qə­lər dövlətin xarici siyasətiilə müəyyənləşir. Belə əlaqələr həmdə dövlət başçıla­rının görüşləriilə intensivləşirvə gərəkli dinamikanı artırır.

Azərbaycanın işğalçı Ermənistana qarşı ədalətli müharibəsi Azərbaycan Ordu­su­­nun qələbəsiilə başa çatdı, üçtərəfli Bəyannamə imzalandı. Bəyannamədə müəy­yən­ləşdirilən şərtlərin yerinə yetirilməsiilə bağlı Rusiyanın münasibəti üçtərəfli münasibətlər yaradıb. Bəyannnamənin tələblərinə görə Azərbaycanla Ermənistan arasında əlaqələr normallaşmalıdır. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının başlıca şərti olmaq etibarı ilə 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda nor­mallaşmaya nail olmaq mümkündür.

Ermənistan da, Rusiya da, digər dövlətlər də bilir ki, Qarabağ münaqişəsi artıq yoxdur. Münaqişə 2020-ci ilin noyabrın 10-da həll edilib. Azərbaycan Respublika­sı­nın Prezidenti cənab İlham Əliyev görüşdə qətiyyətlə bildirdi ki, bu baxımdan prak­tiki olaraq müzakirə edilməli məsələ yoxdur. İşğalçı Ermənistanla torpaqları işğaldan azad edilmiş Azərbaycan arasında münasibətlərin normallaşması isə çox ciddi siyasi addımlar tələb edilir.

Azərbaycan Soçidə bölgədə əsas qurucu və sabitlik tərəfdarı olan güc olduğunu nümayiş etdirdi. Dövlətimiz üçün ərazi bütövlüyü ən vacib məsələ olduğu üçün Azərbaycan digər dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyi kimi, onlar da bunu qarşılıqlı şəkildə etməlidirlər.

Soçi görüşü bir daha təsdiqlədi ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq edilmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qar­şı­lıqlı tanınması əsasında müzakirə edilməklə həll olunmalıdır.

Rusiyanın köməyi ilə (təbii ki, tərəfsizlik saxlanılmaqla) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası  arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət siyasi mühitin formalaşdırılması vacibdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli möv­qeyi, prinsipiallığı, azərbaycançılığa sədaqəti bu görüşdə də Azərbaycan üçün olduqca gərəkli oldu.
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı