"Azərbaycanın iqtisadi nailiyyətləri ölkənin beynəlxalq reytinqlərdə..." - Spiker

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiya ötən il iqtisadiyyatda artım tempini qoruyub saxlamağa imkan verib.

Sabahinfo.az-ın məlumatına bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

S.Qafarova bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində nəzərdə tutulan bütün tədbirlər həyata keçirilir.

Azərbaycanın iqtisadi nailiyyətləri ölkənin beynəlxalq reytinqlərdə yüksək yerlərdə dayanmasını təmin edir.

"Azərbaycan pandemiya ilə mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri aparılır. Azərbaycan bu vəzifələri uğurla icra edir", - S.Qafarova deyib.