"Azərbaycanla Ermənistan arasında mühüm irəliləyiş əldə olunub" - Cozep Borrell

Ermənistan və Azərbaycan arasında davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində işləmək üçün mühüm səylər və irəliləyiş əldə olunub.

Sabahinfo.az-ın  məlumatına görə bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter " hesabında bildirib.

O qeyd edib ki, mövcud geosiyasi kontekstdə münaqişələri diplomatik yolla həll etmək həmişəkindən daha vacibdir.