2017-ci ilin büdcəsi noyabrda müzakirə olunacaq

"2017-ci ilin dövlət büdcəsi noyabr ayında Milli Məclisə təqdim ediləcək”.

Bu barədə millət vəkili Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, növbəti ilin dövlət büdcəsində neftin hansı qiymətə götürülməsi ilə bağlı müəyyən proqnozlar verilir:


"Proseslər onu göstərir ki, 2017-ci ildə neftin qiymətində ciddi artımlar olmayacaq. Neftin qiyməti hardasa 40-50 dollar arasında dəyişəcək. Hazırda gedən iqtisadi və siyasi proseslər də bunu göstərir. Hesab edirəm ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiymətini 40 dollar səviyyəsində götürmək lazımdır. Əlavə vəsait gələrsə, onu bölüşdürmək rahat olacaq”.

Qeyd edək ki, 2017-ci ilin və növbəti üç il üçün Azərbaycan dövlət büdcəsinin proqnozları və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi Nazirlər Kabinetinə təqdim olunub.