"Bir ölkənin təhsil və səhiyyəsinin səviyyəsi..." - Ehtiram Mehdiyev

Bir ölkənin təhsil və səhiyyəsinin səviyyəsi onun gələcəyinə, inkişafına təsir edir. Bunu AXCP Sədr müavini Ehtiram Mehdiyev Sabahinfo.az-a açıqlamasında deyib: "Azərbaycanda isə hər iki sahədə problemlər olduqca çoxdur. Bugün Azəbaycan tibbi dərin bir uçrumun dibindədir. Burda insan taleyi bir aletə çevrilib. Dəflərlə həkim səhlənkarlığı, keyfiyyətsiz və bahalı dərman preparatları, savadsız kadrlar, yalnış diaqnoz və səhv müalicələr nəticəsində insan həyatını itirdiyinin şahidi oluruq. Bir müddət əvvəl jurnalist Rasim Əliyev də ölkə səhiyyəsinin qurbanına çevrildi. Belə faktlar kifayət qədərdi. Bugün heç kim analizlərin cavabına inanmaq istəmir. O qədər sağlam adamlara səhv diaqnoz qoyulub əməliyyata aparıblar ki, adam həkimə müraciət etməyə də qorxur. Bu problemlərin günü gündən artması isə vətəndaşı başqa ölkə səhiyyəsinə üz tutmağa məcbur edir. Hətda mərhum prezident Heydər Əliyvdən tutmuş, indiki nazirlərə qədər öz sağlamlıqlarını olkə səhiyyəsinə etibar etməyiblər. Bu da onu göstərir ki, illərdi bu sahədə zərrə qədər inkişaf yoxdur. Azərbaycan səhiyyəsinin bu qədər bərbad vəziyyətdə olmasına baxmayaraq regionlarda yeni-yeni poliklinika, diqanostika mərkəzi və xəstəxanalar tikilir. Bunu isə səhiyyədə olan inkişaf kimi qələmə verirlər. Lakin milyonlar xərclənmiş bu xəstəxanalarda savadlı kadr çatışmır. Bugünlərdə hökumət dövlət hesabına xaricdə təhsil sistemini dayandırması isə başqa sahələr kimi səhiyyənin də məhvinə səbəb ola bilər. Guya açıqlama verirlər ki, xaricə gedib təhsil alan tələbə Azərbacana qayıtmaq istəmir. Amma hesab edirəm ki, bununda qarşısını almaq mümkündür. Səhv etmirəmsə Qazaxıstan dövlət hesabına xaricə göndərdiyi tələbələr qarşısında elə tələblər qoyur ki, onların qayıtmaması mümkünsüz olur. Belə metodlardan istfadə edib xaricdə savadlı kadrlar yetişdirmək mümkündür".