Alper Coşqun XİN-də işləyəcək

Türkiyənin Xarici İşlər Nazirliyi 12 dövlətdəki səfirini geri çağırıb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan 10-nun yeri dəyişdirilib. Türkiyənin Azərbaycan, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri mərkəzə çağırılıb.


Məlumata görə, geri çağırılan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.