Con Kerri Gürcüstana gəlir

ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək. Sabahinfo.az "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze bildirib.

Diplomat deyib ki, səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair geniş sayda məsələlər ətrafında müzakirələr aparılacaq: "Tərəflər iqtisadı, təhlükəsizlik, müdafiə, siyasi sahədə əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər".

Qeyd edək ki, Gürcüstan və ABŞ 2009-ci ilin yanvarında Strateji tərəfdaşlıq Xartiyasını imzalayıblar. Hər il ölkələrin birində bu sənədin həyata keçirilməsinə dair görüşlər kecirilir. Növbəti görüşün iyulun 6-da Tbilisidə keçirilməsi planlaşdırılır.