Deputatlar isti yay günlərində harada dincəlir?

Artıq bir neçə gün olar ki, Milli Məclisin deputatları yay tətilinə buraxılıb. Millət vəkillərindən bəziləri isti yay günlərində dincəlmək üçün Azərbaycanın bölgələrinə üz tutur.


Tətili ölkə xaricində keçirən deputatlarımız da az deyil. Macəraçı deputatlarımız daha çox Türkiyə, Ərəb ölkələri və Avropaya ölkələrinə səfər edirlər.

Ümumilikdə isə, Milli Məclis üzvləri tətil günlərini necə keçirirlər? Onlar isti yay günlərində harada dincəlirlər?

Millət vəkili Çingiz Qənizadəqarşıdakı günlərdə paytaxt Bakıda və rayonlarda dincəlmək niyyətindədir: "Bir neçə gün Şamaxı rayonunda qalacağam. Həmçinin digər rayonlara da getmək niyyətim var. Maddi durum ailə üzvlərimlə birlikdə ölkə xaricinə çıxmağa imkan vermir. Hesab edirəm ki, ən yaxşısı öz vətənimizdir”.

Deputat Elman Məmmədovistirahət etmək üçün başqa ölkəyə getməyəcək. Deputat isti yay günlərində rayonlara getməyi düşünür: "Bu yay istirahətimi öz ölkəmizdə, rayonlarımızda keçirəcəyəm”.

Milli Məclis üzvü Rövşən Rzayevyay istirahətini bağda keçirəcək: "İstirahət üçün harasa getməyi düşünmürəm”.

Millət vəkili Vahid Əhmədovyay tətilini seçildiyi Quba rayonunda keçirəcək: "Bu yay daha çox Qubada istirahət edəcəyəm. İstirahətlə bağlı ölkədən kənara çıxmağı düşünmürəm”.

ParlamentariFəzail Ağamalıda ölkə daxilində istirahət edəcəyini deyib.

"Bağ evimdə istirahət etməyi düşünürəm. Həmçinin Azərbaycanımızın səfalı rayonlarından birində bir neçə gün dincəlməyi planlaşdırmışam”.

Deputat Fərəc Quliyevisə hələlik harada istirahət edəcəyini planlaşdırmadığını deyib.

azvision.az