İlham Əliyevdən yeni təyinatlar

Prezident İlham Əliyev Əsgər Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir ki, sərəncamla Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.


Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev Rəşadət Əhməd oğlu Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.