Kerriylə Lavrov arasında vacib görüş

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Vyanada görüşəcək.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə ediləcək.

"Bu gün başlıca mövzu Suriya və Dağlıq Qarabağ, eləcə də Ukrayna və ikitərəfli əlaqələrdir”, -deyə Ryabkov bildirib.