Məşhur meyxanaçı həmkarlarını tənqid etdi: ""Nabrana gedək, 2 ceyran götür" kimi söz deyənləri..."

Meyxanaçı Aqşin Fateh həmkarları arasında baş verən qalmaqaldan danışıb.

Sabahinfo.az bildirir ki, big.az-a açıqlama verən meyxanaçı bu kimi lazımsız davaların şairə yaraşmadığını bildirib. Onun sözlərinə görə, söyüşlə meyxana demək söz ustadına yaraşmır:

"İstəməzdim ki, həmkarlarım arasında belə xoşagəlməz hadisələr baş versin. Şairə yaraşmaz. Biri var şəxsiyyətini təhqir edələr, o zaman kimliyindən, harda olmağından aslı olmayaraq özünə hörmət edən insan kimi əlbəyaxa da olarsan, hələ o yana da keçərsən. Əgər xırda şeylər üstə söz-söhbət düşübsə, yola vermək olar.

Açıq-aydın danışmağın öz üslub tərzi var ki ədəb, etika qaydaları çərçivəsində ondan çıxmaq olmaz. Açıq-aydın söyüşlə meyxana, ya rep demək söz ustadına yaraşmaz. Söyüşlə hər kəs bir-birinə cavab verə bilər. Söyüşsüz, sətiraltı, şüuraltı fikri çatdırmaq olar. Meyxanada da təbəqələr var. Zəif, orta, güclü meyxana deyənlər var. Sənət üçün çalışanlara dəyər verirəm. 

Ədəbsiz "Qoşul mənə, gedək bara", "Nabrana gedək", "İki qızı sən götür" belə şeylər qətiyyən qəbulolunmazdır. Elə insanlara qarşı çox amansızam. Yeni gələnlərə tövsiyələrimi bildirirəm ki, gözəl, mənalı, dəyərli sözlər yazsınlar".