Milli Məclis son iclasa toplanır

Bu gün Milli Məclisin 2016-ci ildə yaz sessiyasının son iclası keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxildir.


1. H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında

2. "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(Üçüncü oxunuş)

4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

7. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

9. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

10. "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)

11. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla yekunlaşır.