Putin və Sarkisyan bu gün görüşə bilər

Ermənistan prezidenti Serj Sarkisyan Qazaxıstana səfərə gedib.

Məlumata əsasən Sarkisyan Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinin (AİB) prezidentlərinin iclasında iştirak edəcək.


AİB-in iclasına Qazaxıstan lideri Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşernko da qatılacaq.

Qeyd edək ki, Rusiya XİN-in MDB ölkələri dördüncü departamentinin direktoru Aleksey Pavlovski ötən həftə verdiyi bəyanatda iclası zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin görüşəcəyi istisna etməyib.