Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.
"Məsələn, bəzən ciddi bir mətbuat orqanında "Filan futbolçu 60 milyona satıldı”, yazırlar. Və yaxud da "Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, "Filan futbolçunun qiyməti açıqlandı” və sair. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır. Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.