"Avropa məhkəmsinə müraciət etmək haqqında düşünmürəm"

Milli Məclisə keçirilən 1 noyabr seçkiləri geridə qalsa da, səsvermənin nəticələrindən narazı qalanlar var. Narazılıqları haqlı saymayan Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini təsdiqlənmək üçün artıq Konstitusiya Məhkəməsinə göndərib.


Sabahinfo.az xəbər verir ki, Modern.az namizədliyini irəli sürüb deputat seçilməyənİlyas İsmayılovunAvropa Məhkəməsinə müraciət edib-etməyəcəyi barədə fikirlərini öyrənib.


106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa keçmiş namizəd, Ədalət Partiyasının sədriİlyas İsmayılovbu barədə açıqlama verərkən hələki düşünmədiyini bildirib: "Hələ ki Azərbaycandakı məhkəmələrə müraciət etməklə məşğulam. Apelyasiya Məhkəməsinin cavabını gözləyirəm. Bəlkə heç Avropa Məhkəməsinə müraciət etməyə ehtiyac qalmadı. Ona görə bu barədə hələ ki düşünmürəm”