"Azərbaycan nəticə yönümlü danışıqların tərəfdarıdır" - Nazir

Azərbaycan xarici işlər naziri Elmar MəmmədyarovFransanın Avropa Məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb.

 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər. 
 

E. Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb. 

 

Görüşdə həmçinin Azərbaycanla Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.