"Bu Azərbaycanın günü-gündən artan gücünün nümayişidir"

Hərbçilərimizin Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak etməsi birdaha bu böyük qələbədə ölkəmizin əvəzedilməz rolunun təstiqidir.
Bir məqama diqqət yetirməliyik ki, bir çox şəhərlərimizdə tətbiq olunan sərt karantin rejiminin fonunda cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva paradda iştirak etmək üçün ölkəni tərk etməmişlər. Buda onların vətəndaşlarımıza ən ali mesajıdır. Bu sərt karantin hər birimizin və doğmalarımızın sağlamlıqı üçün tətbiq olunur və hər kəs bu rejim və qanun qarşısında bərabərdir.
Həmçinin bir qürur verici məqama da diqqət yetirmək istərdim, paradda iştirak edən Azərbaycan Ordusunun 75 hərbçisi ölkəmizdə istehsal olunan "Aztex” hücum tüfəngləri ilə tribunaların önündən keçib. Bu isə paradda iştirak edən və ümumilikdə bütün dünya ölkələrinə Azərbaycanın günü-gündən artan gücünün nümayişidir.

Jalə Əhmədova 
Milli Məclisin deputatı