AĞDAM: İnkişafın tərənnümü

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Ağdamda da qabarıq şəkildə büruzə verir.

Ağdama dövlət qayğısı


Hazırda Ağdam inkişaf yoluna qədəm qoyub və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son bir neçə il ərzində ölkədə 800 mindən artıq yeni iş yerləri açılıb, yoxsulluq 11 faizə qədər endirilib. Bununla yanaşı, regionların inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərir və hazırda Azərbaycanın regionları inkişaf səviyyəsinə görə şəhərlərdəki inkişaf tempinə yaxınlaşmaqdadır. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət proqramlarının uğurla icra olunmasının rolu danılmazdır.


Həyata keçirilən siyasətin uğurlu nəticələri Ağdam rayonunda da özünü açıq-aşkar göstərməkdir. Düşmənlə sərhəddə yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində böyük fəlakətlərə düçar olmasına və ərazisinin 77,4 faizi işğal altında olmasına baxmayaraq, əhalisinin 79,8 faizi məcburi köçkün həyatı yaşayan Ağdam rayonu Dövlət Proqramlarının icrası nəticəsində görkəmini köklü surətdə dəyişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursunun təməl prinsipini ölkənin iqtisadi imkanlarının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi təşkil edir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, dövlətin maddi gəlirləri artdıqca, bu, birbaşa insanların rifah halının yaxşılaşdırılmasında özünü göstərir. Eyni zamanda, əldə olunan gəlirlər vətəndaşların rahatlığını təmin etmək məqsədilə infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilir, ən ucqar kəndlər belə enerji ilə təmin olunur. Ağdam rayonunun da enerji ilə fasiləsiz təmin olunması üçün mühüm tədbirlər görülməkdədir.

Quruculuq və abadlıq işləri geniş vüsət alıb


Son bir neçə ildir ki, Azərbaycanda geniş tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Bu gün respublikamızın hər bir yerində böyük tikinti meydançaları quraşdırılıb, geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Ağdam rayonunda da, son illər ərzində görülən işlər rayonun görüntüsünü xeyli dəyişdirib, rayon müasirləşib. Belə ki, ilk növbədə, Rayon Mərkəzi Xəstəxanası və Rayon Mədəniyyət və Turizm şöbəsinin həyətyanı sahələrində quruculuq işlərinə başlanılıb. Hazırda rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində rayon "Veteranlar evi”, rayon Təhsil şöbəsinin inzibati binası, Quzanlı qəsəbəsində uşaq bağçası üçün bina, rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilmiş və müasir üslubda simvolik "Giriş qapısı” inşa edilib, qədim tarixə malik Soltanbud təpəsi üzərində Azərbaycanın Milli Bayrağı ucaldılıb, dövlətimizin xəritəsi çəkilib. Həmçinin, həmin kurqanın yamacında 5 min ədəd bəzək ağacı əkilib. Quzanlı qəsəbəsinin mərkəzindən keçən və Ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin prospektə çevrilməsi məqsədi ilə burada yerləşən 100-lərlə ticarət-kommersiya obyektinin yenidən qurulması, küçənin hər iki tərəfinə səkilərin çəkilməsi, minlərlə yeni ağacların əkilməsi işi davam etdirilir. Gələcəkdə bu işin daha mütəşəkkil təşkili məqsədi ilə rayonun Eyvazlı kəndinin yaxınlığında 5 hektar torpaq sahəsində şitillik təsərrüfatı yaradılmasına başlanılıb.


Bunlarla yanaşı, rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı bərpa və təmir işləri aparılıb. Rayonda Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin inzibati binası, Statistika İdarəsinin inzibati binası, Kapital Bankın Ağdam rayon filialının inzibati binası, Ağdam Olimpiya İdman Kompleksi, yeni məktəblər, tibb ocaqları tikilərək istifadəyə verilib.


W1siziisijiwmtuvmdyvmtuvngowd3rwbnvva18yodu3lmpwzyjdlfsiccisinrodw1iiiwinjuwedqynijdxq?sha=8778c8ee6a13e60c

Gələcəyimiz olan uşaqların sağlam doğulub böyüməsi, onların cəmiyyətə nüfuzlu vətədaş olaraq fayda verməsi yönümündə aparılan işlərin nəticəsi olaraq, rayonun Quzanlı qəsəbəsində Doğum evinin, Uşaq xəstəxanasının inşa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən rayona ilkin olaraq, 1 milyon manat vəsait ayrılıb. Həmin səhiyyə obyektlərinin inşası üçün torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri tərtib edilib, yaxın günlərdə inşaat işlərinə başlanacaq. Qəsəbədə məktəb-liseyin inşa edilməsi İnvestisiya Proqramına salınıb.


Tarixi sərəncam

Yuxarıda sadaladığımız bütün faktlar onu göstərir ki, Ağdam rayonu Ermənistanın işğal siyasətinin vurduğu fəsadlara və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq, inkişaf edir, müasirləşir, əhalinin güzəranı gündən-günə yaxşılaşır.


Bu inkişafın səbəblərindən ən önəmlisi isə Dövlət Proqramının rayonda uğurlu icraçıları-Rayon İcra Hakimiyyətinin aparatı və bu aparata rəhbərlik edən icra başçısıdır. Bu baxımdan xüsusi olaraq qeyd edilməlidir ki, bir müddət öncə ölkə rəhbərinin Raqub Məmmədovu Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etməsi rayonun tarixində yeni səhifə açmış oldu. Elə buradaca qeyd edək ki, R.Məmmədovun rayona rəhbər təyin olunması hər zaman prezidentin daxili və xarici siyasətini müdafiə edən Ağdam rayon ictimaiyyətinin tam ürəyincə oldu. Bütün ruhu və düşüncəsi ilə Ağdama, Ağdamlılara bağlı olan dövlər məmurunun rayona icra hakimi təyin olunması bu baxımdan tarixi bir sərəncam idi. Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından az bir zaman keçməsinə baxmayaraq R.Məmmədov rayon sözün həqiqi mənasında abadlıq və inkişav ünvanına çevirib. İşğal dövründə rayon mərkəzinə çevrilmiş 4-5 kilometrlikdəki Quzanlı qəsəbəsi son aylarda sürətlə böyüyüb bu yerə doğru irəliləyir. Bu yolda salınan uzun xiyaban bu günlər səyyar qərargahı xatırladır. 21 il əvvəl Ağdamın bu yerdən ovuç içi görünən, o vaxt cəhənnəmə çevrilmiş mənzərəsini yada salanda möcüzəvi fərq ortaya çıxır. O vaxt belə bir günün gələcəyinə inanmaq mümkün deyildi. Nəhayət, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər düşmənin qabağına möhkəm sədd çəkmiş, rayon əhalisinin bir hissəsi geri dönüb sönmüş çırağını yandıra bilmişdi. Rayonun yerdə qalan ərazisində tədricən həyatın ahəngi bərpa olunmuşdu. Ötən illərdə sayı artaraq 190 min nəfərə çatmış əhalinin 90 min nəfəri hazırda rayon ərazisində məskunlaşıb. 1 mərkəzi qəsəbə, 17 köçkün qəsəbəsi və 44 kənddə həyat üçün zəruri şərait yaradılmış, iqtisadiyyat qaydaya salınmışdır.


Bu gün Ağdamda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları yeni təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. İlin əvvəlindən 10 tədbir sürətlə icra olunur, 4 tədbirin icrasına hazırlıq aparılır. Proqramın icrası nəticəsində rayonda yeni iş yerləri açılıb. Prezident İlham Əliyev cəbhəyanı bütün rayonlar kimi, Ağdamın da qayğı və ehtiyaclarını daim diqqətdə saxlayır. Dövlət başçısının hərtərəfli himayəsi Ağdamın əvvəlini şöhrətini özünə qaytarmağa yardımçı olmuşdur. Bütün bunlara görə ağdamlılar onlara həmişə xüsusi münasibət bəsləmiş ümummilli lider Heydər Əliyevi sevgi ilə yad edir, indiki uğurlarımıza görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Eyni zamanda Raqub Məmmədovun Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması və ona göstərilən etimadı yüksək səviyyədə yerinə yetirməsi də ağdamlıların böyük razılığı ilə qarşılanır.

"Görünən dağa nə bələdçi”

2016-cı ildə Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır.
2015-cü ilin Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmişdir. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır.

Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır. Bu rəqəmlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə «2015-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-ci ildə qarşıda duran vəzifələrə» həsr olunmuş geniş iclasında səslənmişdir.
Yola saldığımız 2015-cü il Ağdam rayonu üçün də sosial-iqtisadi inkişaf müstəvisində uğurlarla yaddaqal olmuşdur. Ötən il Prezident İlham Əliyev rayona səfər edərək 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib. Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılıb, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolu yenidən qurulub. Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli bina, Birinci Baharlı, Əfətli, Hacıməmmədli və Həsənxanlı kənd tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilib, İmanqulubəyli kənd tam orta məktəbi əsaslı təmir edilib. Hazırda Quzanlı qəsəbəsində avtovağzalın və 360 şagird yerlik liseyin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.

Əlbəttə, çox hörmətli cənab Raqub Məmmədovun Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunması Ağdamın tarixində yeni səhifə açmış, rayonun inkişafına təkan vermişdir. Ağdama və ağdamlılara yaxşı bələd olan Raqub müəllimin başçılığı altında rayonda son vaxtlar işlər göz oxşayır. Rayon Mərkəzi Xəstəxanası və Rayon Mədəniyyət-Turizm Şöbəsinin həyətyanı sahələrində quruculuq işləri aparılıb. Rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində rayon «Veteranlar evi», rayon Təhsil Şöbəsinin inzibati binası, Quzanlı qəsəbəsində uşaq bağçası üçün bina, rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilmiş və müasir üslubda simvolik «Giriş qapısı» inşa edilib, Ağdamın simvolu olan "Cay evinin” yenidən qəsəbədə tikilməsi,qədim tarixə malik Soltanbud tüpəsi üzərində Azərbaycanın bayrağı ucaldılıb, dövlətimizin xəritəsi çəkilib. Həmçinin, həmin kurqanın yamacında 5 min ədəd bəzək ağacı əkilib. RİH-nin inzibati binasında əsaslı bərpa və təmir işləri aparılıb. Rayonda Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin inzibati binası, «Kapitalbank»ın Ağdam rayon filialının inzibati binası, Ağdam Olimpiya İdman Kompleksi, yeni məktəblər, tibb ocaqları tikilərək istifadəyə verilib. Heydər Əliyev prospektinin Zərifə Əliyeva küçəsindən Hindarx istiqamətindəki hissəsində əsaslı abadlıq işləri aparılıb, yol boyunca divarlar üzlənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, illüstrativ tərtibat təzələnmişdir.


Ağdam Qarabağın dağı ilə aranı arasında tarixən formalaşmış gözəl, bənzərsiz bir şəhər idi. Onun ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin sürətli inkişaf resurslarını hərəkətə gətirdiyi dövrdə daha da böyüməsi, gözəlləşməsi, bu strateji nöqtədə möhkəmlənməsi erməni millətçi- separatçılarını həddindən artıq narahat edirdi. O illərdə şəhərdə yaradılmış nadir Çörək Muzeyinin, çin üslubunda tikilmiş orijinal Çay Evinin Ağdamı dünyaca tanıtmasının, keçmiş SSRİ-də məşhurlaşdırmasının erməniləri necə qıcıqlandırmasını, yerli gənclər təşkilatı rəhbəri kimi, onlarla tez-tez təmasda olduğumdan dəfələrlə müşahidə etmişdim. Bu, sadəcə, həsəd, qonşu paxıllığı deyildi. Ermənilər Qarabağın onlara məxsus olduğunu sübut etmək üçün burada Şuşa, Ağdam kimi mədəni mərkəzlərin yüksəlişini istəmirdilər. Ulu öndər Heydər Əliyev isə onların bu niyyətlərini gözlərində qoyaraq Qarabağı qədim türk yurdu kimi inkişaf etdirir, dünyada şöhrətləndirirdi.


Bütün bunlara görə Qarabağın dağlıq hissəsindəki azərbaycanlı yaşayış məntəqələrini yer üzündən silən erməni faşistləri Ağdamı da oda qaladılar, talan etdilər, xarabalığa çevirdilər. Çörək Müzeyini və Çay Evini isə xüsusi qəddarlıqla məhv edib bizə yanıq vermək istədilər. Lakin düşünmədilər ki, sivil dünya bunları vandallıq sayacaq, biz isə daha yaxşılarını yaradacağıq. Ermənilər bu vəhşilikləri ilə Qarabağı özlərinə məzara çevirmişlər. Onlar özləri-özlərini blokadaya salmaqla, millətçi və işğalçı kimi başqalarından təcrid etməklə ümumi inkişafdan da kənarda qalır, süqut edirlər. Belə bir şəraitdə Azərbaycanın sürətli tərəqqisi, cəbhə bölgələrindəki irimiqyaslı, davamlı quruculuq işləri xarabalıq bayquşlarını sarsıdır, gücdən salır.

Bax buna görə Ağdamlılar daha çox tikib-qurmağa həvəslidir.Bu gün icra Başçısı R.Məmmədovun rəhbərliyi altında Quzanlı qəsəbəsindəki abadlıq quruculuq işləri ilə ermənilərə göstərilir ki, getdikləri yol onların şəhərlərini kəndə, bizim kəndləri isə qəsəbələrə, şəhərlərə çevirir. İndi qoy özləri nəticə çıxarsınlar ki, millətçilik, işğalçılıq siyasəti, özgələr əlində oyuncaq olan rəhbərlərin əməlləri onları hara gətirib çıxarıb. Prezident İlham Əliyev daim bu həqiqəti ən yüksək kürsülərdən səsləndirsə də, Azəraycanın öz torpaqlarını, hansı yolla olur-olsun, geri qaytacağını bəyan etsə də ermənilər kor və kar inadın girovluğundan xilas ola bilmirlər.

Tarixi Ağdam geri qayıdır


Ağdam şəhəri ğözəl və iri parkları, yaraşıqlı istirahət guşələri ilə seçilirdi. Quzanlı qəsəbəsində Heydər Əliyev prospektini böyüdüb abadlaşdırmaqla yanaşı, Bərdə səmtə çıxışda 1500 metr məsafədə yaraşıqlı bir xiyaban da salırıq, müasir bir istirahət zonası yaradırıq. Bu həm Ağdamda itirdiklərimizi əvəzləməyə, daha yaxşılarını yaratmağa qadir olduğumuzu sübut etmək, həm də adamlar üçün zəruri rahatlığa nail olmaq məqsədi daşıyır. Parkda müasir memarlığın bir çox elementlərindən istifadə olunmaqla iri fəvvarələr də tikilir.


Məşhur Çay Evinin oxşarı Ağdamın ölməzlik, mübarizə və qələbə rəmzi kimi xiyabanda əzəmətlə ucalacaq. Çörək Muzeyini isə, inşallah, tezliklə Ağdamın özündə bərpa edəcəyik. Hələlik, bayaq gördüyünüz kimi, uşaqlı-böyüklü hamı bu xiyabanın salınmasında iştirak edir, hər kollektiv bu işə öz töhfəsini vevir. Bundan əvvəl isə Heydər Əliyev prospektinin Zərifə Əliyeva küçəsindən Hindarx istiqamətindəki hissəsində əsaslı abadlıq işləri aparılmış, yol boyunca divarlar üzlənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, illüstrativ tərtibat təzələnmişdir. Qəsəbənin digər yerlərində, rayonun bütün yaşayış məntəqələrində tikinti-abadlıq işləri sürətlə davam etdirilir.


Ağdama işğalın növbəti ildönümündən doğan acı xatirələr, dərin təəssüf, rayon ərazisinin üçdə ikisinin itirilməsinə bais olanlara nifrət duyğuları ilə gəlsək də, görülən işlərdən, adamların sabaha inamı böyük nikbinlik doğurur. Ağdam düşmənə gözdağı kimi dikəlir, dostlara sevinc gətirir. Tarixlər şahidi Soltanbud təpəsinin zirvəsindəki üçrəngli bayrağımız, sanki, düşmənə güc və əzəmətimizi nümayiş etdirir, soydaşlarımızın yurd sevgisini və böyük ümidlərini dalğa-dalğa ətrafa yayır…

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsətlə aparılmış, bir sıra probleamlər öz həllini tapmışdır

Belə ki, rayonun Əfətli, Hacıməmmədli, Həsənxanlı, Birinci Baharlı kəndlərində yeni məktəb binaları və Quzanlı qəsəbəsi ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış evi tikilib istifadəyə verilmişdir. Eyni zamanda 14 km uzunluğunda Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun çəkilişi yüksək keyfiyyətlə başa çatdırılmış, Təzəkənd və Ballar kəndlərində tibb məntəqələri inşa edilmiş, İmamqulubəyli kəndində tam orta məktəbin binası əsaslı təmir olunmuşdur.
İmamqulubəyli kəndi ərazisində 632 ailəlik müasir tələblərə cavab verən və şəxsən cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni köçkün qəsəbəsi artıq sakinlərin istifadəsindədir.
Rayonumuzda tikinti-quruculuq və abadlıq işləri bu gündə uğurla davam etməkdədir. Heydər Əliyev prospekti bu gün rayonun mərkəzi olan Quzanlı qəsəbəsinə xüsusi yaraşıq verir.


Bütün bunlarla yanaşı rayonun daxili imkanları hesabına Heydər Əliyev prospektinin İmamqulubəyli kəndi ilə Quzanlı qəsəbəsi arasında park-xiyaban salınmış və xiyabanın mərkəzində Ağdamın simvolu olan Çay evi tikilmişdir. Rayonun kənd və qəsəbələri abadlaşdırılmış, yol kənarlarında xeyli sayda ağaclar əkilmişdir.
Hal-hazırda Heydər Əliyev prospektində abadlıq-quruculuq və yaşıllaşdırma işləri surətlə davam edir.
Bundan əlavə rayonda yeni lahiyə əsasında 3 min kv-metr sahəsi olan Heydər Əliyev Mərkəzinin tikintisi uğurla və yüksək keyfiyyətlə aparılır. Rayonda quruculuq işləri ardıcıllıqla davam etdiriləcəkdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bütün regionlarda olduğu kimi Ağdam rayonunun sosial-iqtisadi inkişafınada göstərdiyi diqqət və qayğı ağdamlılarda sabaha inam hissini dahada artırmışdır.

Yusif Məhəmmədoğlu