Bahalaşma - Leyla Allahverdiyeva yazır

Son aylarda ərzaq qiymətlərinin kəskin bahalaşmasının səbəbini daha çox iqlim dəyisikliyi, qida böhranı, Rusiya - Ukrayna müharibəsi kimi qlobal səbəblərlə əlaqələndirilir.

Digər səbəb isə ölkəyə  idxal  olunan mallardadır deyilsə də yerli istehsal olunan mallarda da xeyli bahalaşma var. Bu isə haqlı olaraq əhali arasında narazılığa səbəb olur. Ay inhisarçılar insafsizca suni qiymət artiminı edirsiz ,heçmi bu əhalini düşünmürsünüz? İnsafda dinin yarısıdır. Daha yetər artiq bu insafsızlara dur demək zamanıdır. İnsanların çoxu işsiz. Hər ay  hətda hər həftə insanların gündəlik istehlak səbətində qiymət artımı. İnsanlar 450 -500 manatliq büdccə ilə  neçə ayı başa vursunlar?

Valideyinlər uşaqlarının ehtiyacını ödəyə bilmirlər...Mən deyerdim insanlar yaşamır sürünür. İnsanları bu vəziyyətə salmağa nə haqqınız var ? İnsanlar susduqca bundan istifadə edib her seydə bahalaşma edirlər. Bizim istehsal etdiyimiz ərzaqlar, istehsal etdiyimiz qaz, işıq benzin niyə bu qədə əhaliyə baha satilır.? Diqqətə çatdiraq ki bizə  qiymətini qaldıraraq satdiğınız hər bir şey elə bizimdir. İnsanların səbrini sınayırlar bu gün insanlar sussalar da bir gün dinəcəklər bu da heç yaxşı olmayacaq . Bu öz başnalığa artıq dövlətin dur demək zamanıdır.

Bu bahalaşma ilə bağlı xususi nəzarət palatası yaradılmalı və bu baş verən xoşa gəlməz bahalaşmaların qarşısı alınmalı, xüsusi nəzarət edilməlidir.

Leyla Allahverdiyeva,

SABAHİNFO.AZ saytının xüsusi müxbiri
.