Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Bu barədə Sabahinfo.az-a Fondun mətbuat xidmətindən bildiriblər. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.