Bakıda maşın məscidin hasarına çırpıldı - Ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***09:24

Bakıda avtomobil idarəetməni itirərək Heydər məscidinin divarına çırpılıb.

Sabahinfo.az xəbər verir ki, Salyan sakini Müslim Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə o, avtomobili məscidin hasarına vurub.

Qəza nəticəsində sürücü və sərnişin Nihat Mehdizadə müxtəlif növ xəsarətlər alıblar. Digər sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.