Bakıda qadın dəm qazından öldü

Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da saat 04 radələrində paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Gülnarə Şahbaz qızı Qurbanova yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənərək keçinib.

Faktla bağlı araşdırma aparılır.