Bakıda xəstəxanada DƏHŞƏT: Tibbi spirtlə özünü yandırdı

Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.