“Bakmil” stansiyasına və əksinə qatarların hərəkət cədvəli dəyişdirilir

Sentyabrın 15-dən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə dəyişikliklər edilib.

Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliten" QSC-yə istinadən xəbər verir.

"Bu dəyişiklik Bakı metropolitenində qatarların hərəkətinin payız-qış qrafikinə keçid ilə bağlıdır", - məlumatda deyilir.

Bildirilir ki, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilir.

Yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.