Avropadan yeni təhdid: "Türkiyə buraxılmayacaq"

Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların aparılması böyük vaxt itkisidir. 

Sabahinfo.Az axar.az-a istinadən bildirir ki, bunu "Kuryer" qəzetinə açıqlamasında Avstriya prezidentliyinə namizəd Aleksandr Van der Bellen söyləyib. Onun sözlərinə görə, Türkiyə yaxın zamanlarda AB üzvü olmayacaq:
 
"Mənim prezidentliyim dövründə Türkiyə qətiyyən AB-yə buraxılmayacaq. Türkiyə bundan sonra da, sadəcə, bizim qonşumuz olacaq".
 
Qeyd edək ki, Avstriyada prezident seçkisinin növbəti mərhələsi 2 oktyabrda baş tutacaq. Yaşıllar Partiyasından prezidentliyə namizəd olan Aleksandr Van der Bellen ilk mərhələdə çox kiçik fərqlə qələbə qazansa da, sonradan bu nəticələr Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.