Azərbaycan Rusiyada erməni təxribatının qarşısını alacaq

Ermənilərin "Ermitaj”da Azərbaycanın mədəni irs əşyalarını növbəti dəfə erməni əşyaları kimi təqdim etmək cəhdi barədə məlumatımız var.

sabahinfo.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

"Bu barədə məlumatımız var, bu növbəti erməni təxribatıdır. Azərbaycanın Rusiyadakı səfirliyi və ölkənin Sankt-Peterburqdakı baş konsulluğu bu təxribatın qarşısını almaq üçün tədbirlər görür”, - H.Hacıyev bildirib.