Azərbaycan və Venesuela arasında ikitərəfli sənədlər imzalanıb

"Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

sabahinfo.Az xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın dövlət katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkün olmadığı barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, digər məsələ status məsələsidir: 

"Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq.

Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.

C.Uorlik vurğulayıb ki, münaqişənin həlli bütün regionun xeyrinə olacaq. 

ATƏT MQ həmsədri qeyd edib ki, tərəflər arasında növbəti sammitin keçirilməsi haqqında müzakirələr aparılır və Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşə hazır olduğunu bildirib.