Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində general-polkovnik Zakir Həsənov Lordlar Palatasında müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini  Örl Hou ilə görüşüb.

 

Sabahinfo.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.