Bakıdakı mitinqdə bayrağımız təhqir olundu

Vətən, millət, demokratiya, insan haqları... Bu sözlər AXCP lideri Əli Kərimli və Milli Şuranın sədri, daha doğrusu, sədr əvəzi Cəmil Həsənlinin istisnasıh olaraq hər müsahibəsində, yazısında, müraciətində yer alan kəlmələrdir.

Amma az qala nəfəsləri də yalanla gedib-gələn bu insanların Vətənə və millətə gerçək münasibətini bu gün, Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Milli Şuranın keçirdiyi mitinqdə gördük.

Tribunadan xalqı "oyanmağa" çağıran Cəmil Həsənli, "Bayrağımızı uca qaldırın!" deyib tərəfdarlarını daha aktiv olmağa səsləyən Əli Kərimlinin çağırışına yığılan 800 nəfər arasında bir kimsə yerə, yağışın altına, palçığa atılmış bayrağımıza sayğısını görmədik.

Şəhidlərimizin qanına boyanmış, uğrunda canlar verilmiş bayraq yerdə ikən Əli Kərimli Dağlıq Qarabağ problemindən və şəhidlərdən danışırdı.
Üzərindəki yaşılı dinimiz İslamın simvolu olan bayraq yerdə ikən Cəmil Həsənli bel bağladığı radikal dindarların könüllərini xoş etmək üçün mahiyyətinr anlamadığı dini ehkamlardan sui-istifadə etməyə çalışırdı.

Tribunadakı siyasət dəllaları türkçülükdən danışanda mavisi türkçülük simgəsi olan bayramığızın yerdə olmasını laqeydliklə seyr edirdilər.
Ayaqlar altında qalmış bayrağımız Milli Şura üçün sən demə, sadəcə, adi nəsnə imiş.

Bayrağını yerə atan insanın o bayraq altında döyüşə getməsi, dövlətinin inkişafına çalışması mümkün deyil.

"Məhsul"da yerdə qalan bayrağı qaldırmayanlar öz yatmış vicdanlarını yuxudan ayılda da bilməzdilər.

Təəccüblü heç nə yox: siyasi ölülərin tribunada danışdığı məkanda əqidə hərracı normal sayılırsa, Milli Şura üçün bayrağımız sadəcə, vasitədir - simvol yox.