Bir dairədən 7 namizəd

İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə qeydə alınan namizədlərin tam siyahısı açıqlanıb.

sabahinfo.az bildirir ki, Mərkəzi Seçki Komissiyasından report-a verilən məlumata görə, həmin dairə üzrə 7 nəfərin namizədliyi qeydə alınıb.
90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınan namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, 
atasının adı
Doğum tarixiƏsas iş və xidmət yeri, vəzifəsi 
(bu olmadıqda fəaliyyət növü)
Partiya mənsubiyyətiTərəfindən irəli sürülmə
Osmanov Cavid Həmid oğlu06.02.1975Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədriYAPYAP
Haqverdiyev Əli Bəkir oğlu06.02.1967Ağdaş rayon mərkəzi xəstəxanası, həkimBitərəfÖz təşəbbüsü
İbrahimli Anar Zamin oğlu11.09.1988Ağdaş Dövlət Humanitar Kolleci, müəllimBitərəfÖz təşəbbüsü
Ağa-zadə İqbal Fehruz oğlu18.09.1968Azərbaycan Ümid Partiyasının sədriÜMİDÜMİD
Gözəlov Rəşid Qalib oğlu15.10.1988"Azərpoçt" MMC-nin Ağdaş poçt filialı, müfəttişBitərəfÖz təşəbbüsü
Abdullayev Rəşad Mustafa oğlu24.07.1987Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllimBitərəfÖz təşəbbüsü
Gözəlov Elmir Şahsəlim oğlu13.01.1982"Azəravtoyol" ASC-nin "Yolların Mühafizəsi Xidməti" MMC, baş mütəxəssisBitərəfÖz təşəbbüsü

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.