BMT-nin nümayəndəsi: Həmsədr ölkələr münaqişəni həll etməlidirlər

"BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və bu məsələnin tez bir zamanda həll olunacağına inanır”.

sabahinfo.Az xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və məsələnin sülh yolu ilə həllini tapmaq həmsədr ölkələrinin işidir.