Burak və Fahriye Avropaya gedir

"Kara sevda" serialın baş rol ifaçısı Burak Özçivit sevgilisi Fahriye Evcenle birlikdə istirahətə hazırlaşır.

sabahinfo.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, cütlük Ramazan bayramından sonra 1 ay Avropa turnesinə çıxacaq. Onlar İtaliya, Fransa və İspaniyanı gəzəcəklər. 

Daha sonra Türkiyəyə qayıdıb dostları ilə birlikdə dəniz gəzintisinə yollanacaqlar. İstirahət planını Fahriye hazırlayıb.