CƏNNƏT GÖRMƏK İSTƏYƏN BƏRDƏYƏ GƏLSİN

Ölkəmiz ildən-ilə daha yüksək inkişaf mərhələsinə ucalır. Beynəlxalq arenada gedən proseslərin dinamikası, onun mahiyyəti, cəmiyyətin bütün sahələrinə, o cümlədən kənd təsərrüfatı məhsullarına olan təklif və tələb nəzərə alınır, işlər lazımi istiqamətə yönəldilir. Dünyada baş verən qloballaşmanın diktə etdiyi hazırkı reallıqlar ölkə rəhbərliyindən və xalqımızdan vəhdətdə hərəkət etməyi, həyata keçirilən dövlət siyasətinə və milli strategiyaya uyğun taktika müəyyənləşdirməyi tələb edir.


http://milletinsesi.info/uploads/posts/2016-04/1461436581_berde10.jpg

Bu inkişaf regionların timsalında özünü daha qabarıq göstərir. Konkret olaraq Bərdə şəhərində həyata keçirilən adablıq və quruculuq işləri rayonun simasını dəyişib. Necə deyərlər. Cənnət görmək istəyən BƏRDƏYƏ gəlsin.


http://milletinsesi.info/uploads/posts/2016-04/1461436621_berde8.jpg


Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevin rəhbərliyi ilə həyata keçirilən yeni layihələr nəticəsində Bərdə rayonunda quruculuq və abadlıq işləri sürətlə inkişaf edir. 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə cərəyan edən proqram çərçivəsində artıq xeyli işlər həyata keçirilmişdir; Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, "Asan Xidmət” mərkəzinin, yol polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin, Türkmən kənd tam orta məktəbin və 1 saylı uşaq incəsənət məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində müasir yem zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Görülən abadlıq və quruculuq işləri nəinki yerli əhalinin firəvan və rahat yaşayışına yönəldilir, eyni zamanda Bərdə rayonuna saysız- hesabsız qonaqların təşrif buyurmasına geniş imkan yaradır. Sadalanan işlərlə yanaşı, eyni zamanda İ. Qayıbov, Nüşabə və K. Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulmuş, piyada yolları tikilmiş, həmin küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri (9 min kv. metr) yenidən tikilmiş, fasadları təmir edilmişdir. Heydər Əliyev park-bulvarının qarşısındakı ərazi yenidən qurulmuş, ərazidə piyada yolu tikilmiş, yaşıllıq zolağı salınmış, 1000 ədəd ağac və çoxlu sayda gül əkilmişdir. Meydanlara 1770 p/metr bardyor düzülmüş, 2930 kv. metr tamet döşənmiş, 9,2 kv. metr asfalt-beton örtüyü tikilmiş, 500 kv. metr barı hörülmüş, 700 kv. metr barı ağ lay örtüklə üzlənmişdir. Rayonun küçə və meydanlarında, yolların kənarlarında 65 mindən çox ağac və 91 mindən çox gül kolları əkilmişdir. Rayonun ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının 28000 kv. metr dağılmış asfalt beton örtüyünün alt qatı tikilmiş, 15058 kv. metr dağılmış asfalt-beton örtüyü, 53400 kv. metr çiyin hissələri qum-çınqılla bərpa edilmiş, 1190 ədəd siqnal dirəkləri əkilmiş və 51 ədəd yol nişanları qoyulmuş, 218,0 km təhlükəsizlik xətləri çəkilmiş, 2178,6 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənmiş, qış mövsümündə avtoqəzaların qarşısının alınması üçün yollara 4 ton duz və 96 kub metr qum səpilmişdir.


http://milletinsesi.info/uploads/posts/2016-04/1461436573_berde13.jpg

Uğurbəyli kəndinin 1,5 km baş yolu, Mollaisalar-Bayramlı 3 km hissəsi çınqılla yenidən tikilmiş, Güloğlular kəndinin 0,6 km baş yolu asfalt betonla tikilmiş, yerli əhəmiyyətli yolarda 119685 kv. metr dağılmış örtük qum-çınqılla bərpa edilmiş, 12096 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənmişdir. İl ərzində 15000 kv. metr şəhərdaxili yollar asfaltlaşdırılmış, H.Əliyev prospekti, Bakı, Koroğlu, Nüşabə və İ.Qayıbov küçələrinin bardyorılrı və piyada keçidləri rənglənmş, E.Əsədov, Ə.Ədilov, Cavanşir, Axundov, M.Rəsulzadə, Şəhriyar, B.Hacıyev, Məhsəti, Qarabağ və Ata Türk küçələri qum-çınqılla təmir edilmiş, Sənaye və Təbriz küçələrində bardyorları təmir edilmiş, Gəncə küçəsində tullantı su arxlarının təmizlənmmiş, Vaqif küçəsində kanalizasiya novunun dəyişdirilmişdir. Daxili imkanlar hesabına rayonun 54 kəndində 166,2 km daxili və 5 km təsərrüfat yolları qum-çınqılla cari təmir edilmiş, ərazidə 1280 ədəd ağac əkilmiş, kəndlər 287 maşın məişət tullantılarından, 45,7 km təsərrüfatdaxili və 3 km baş arxlar lildən təmizlənmiş, 37 kəndin baş yollarının kənarları və 35 kəndin qəbirstanlıqları kol-kosdan təmizlənib, ağaclar budanıb, 46 kəndindən 252 maşın məişət tullantılarının daşınmış, 3 kənd tam orta məktəbin fasadı, 21 sinif otağı təmir edilmiş, 7 kəndin içməli su şəbəkəsində təmir işləri aparılıb, Otuzikilər kəndinin giriş qapısı, Yeni Əyricə kəndinin ad göstəricisi tikilmişdir. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində il ərzində 26 layihə həyata keçirilmişdir; 5 layihə icradadır, 8 layihə üçün əməkdaşlıq aparılır. Məmmədli və Kolayır kəndlərində 3 otaqlı talvarlı süd toplama məntəqəsi tikilmiş, Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli, Muğanlı, İkinci Hacallı kəndlərnin qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 5540 metr hasar hörülmüş, 340 metr hasar təmir edilmiş, 10 darvaza quraşdırılmış, 3 darvaza təmir edilmiş, 2 çən quraşdırılmış, 520 metr su xətti çəkilmiş, 7 bulaq və 9 talvar tikilmiş, İkinci Hacallı, Tumaslı, Mustafaağalı və Körpüsındıran, İkinci Nazırlı kəndlərində 5 ədəd çən quraşdırılmış, 23,19 km içməli su xətti çəkilmiş, küçələrdə 55 ədəd bulaq tikilmiş, Şirvanlı və Qaratəpə kəndlərində 14,86 km yol qum-çınqılla əsaslı təmir edilmiş, yolkənarı 1,6 km arxlar lildən təmizlənmiş, 5 su keçidi tikilmiş, Sərkarlar, Hacallı, Kətəlparaq və Mollalı, Divanlı, İmamqulubəyli kəndlərində 41,97 km suvarma kanalları, Həsənqaya kəndində 8,5 km açıq dren-kanal lildən təmizlənmiş, 6 ədəd su keçidi tikilmişdir.


http://milletinsesi.info/uploads/posts/2016-04/1461436641_berde5.jpg

Hazırda Bərdə rayonu Qaradırnaq, Qasımbəyli, Mollagüllər kəndlərində 25,8 km yollar qum-çınqılla əsaslı təmir edilir, Gərənə kəndində 3,45 km içməli su xətti çəkilir, Yeni Əyricə kənd qəbirstanlığı abadlaşdırılır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Böyük Göyüşlü, Bala Göyüşlü, Tağlar, Qayalı, Həsənqaya, Saatlı, Güloğlular və Qaratəpə kəndlərində 40 km içməli su xətti çəkilmiş, 8 su qülləsi ucaldılmış, 28 bulaq tikilmiş, Çəmənli, Məşədiibişli, Bəcirəvan, Köbər və Təhlə kəndlərində 26.7 km daxili yol qum-çınqılla əsaslı təmir edilmiş, Həsənli kənd tibb məntəsi əsaslı təmir edilmiş, Kərimbəyli kəndinin elektrik şəbəkəsi yenidən qurulmuş və elektrik xətləri kabelləşdirilmiş, məcburi köçkünlər üçün yeni tikilmiş 866 ailəlik yaşayış məhəlləsinə 1 komplekt xeyir-şər mağarı verilmiş, Peşə liseyinin tədris emalatxanası və yataqxanası, "Sanatoriya” adlanan bina əsaslı təmir edilmişdir. Bərdə şəhəri ərazisində Tərtər çayında 209,8 min manat, Zümürxan kəndi ərazisində 1207,1 min manat dəyərində sahilbərkitmə işləri aparılmışdır. Bunlarla yanaşı, 31 kənd qazlaşdırılmış, 4 kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, cari ilin ötən dövründə daha 3 kənd qazlaşdırılmış, hazırda 5 kənd qazlaşdırılır və 3 kəndin qazlaşdırılması üçün hazırlıq işləri aparılır; 6 kəndin elektrik şəbəkələri yenidən qurulur, digər kəndlərin elektrik şəbəkəsinin yenidən qurulması, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu ambarın, 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun tikintisi, hər biri 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, "Bərdə” türbəsinin bərpası, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayının yatağında sahilbərkitmə işləri davam etdirilir. Ötən il Bərdə rayonu üzrə Əyricə kənd yolunun Tərtər çayı üzərindən keçən hissəsindəki qəzalı vəziyyətdə olan körpünün tikintisinə başlanmışdır. Bunlarla yanaşı rayonda sənaye məhələsinin yaradılması, Nizami parkının, beşulduzlu mehmanxananın, 5 ümumtəhsil məktəbinin, 1 saylı Uşaq Musiqi məktəbinin və Tarix-diyarşünaslıq muzeyinin, 4 körpələr evi-uşaq bağçasının, qəzalı vəziyyətdə olan kommunal yaşayış binalarının sakinləri üçün yeni yaşayış binasının tikintisi, 8 ümumtəhsil məktəbinin və 2 körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Muğanlı-Körpüsındıran kəndlərarası yolun yenidən qurulması, Hacallı kəndinin su-kanalizasiya şəbəkəsinin qurulması, 8 kənddə modul tipli sutəmizləyicilərin qurğuların quraşdırılması üçün ardıcıl işlər aparılır. İl ərzində K.Cabbarov, İ.Qayıbov və Nüşabə küçələri yenidən qurulmuş, Heydər Əliyev prospektində 2 və 3 saylı iki mərtəbəli, 11/1, 22, 115 və 116, 112a, 155 saylı beşmərtəbəli, Təbriz küçəsində 3 saylı və E.Əsədov küçəsində 5 saylı beş mərtəbəli, Nüşabə küçəsində 36, 45 və 47 saylı, İ.Qayıbov küçəsində 25 saylı bir mərtəbəli kommunal binaların dam örtükləri yenidən tikilmişdir. H.Əliyev prospektində 112a, 112b, 153, 149, 151 və 155 saylı, Babək küçəsində 2 saylı beş mərtəbəli, R.Axundov küçəsində 10, E.Əsədov küçəsində 11 və 12, Cəlil Məmmədquluzadə küçəsində 1, Təbriz küçəsində 12 və 13, S.Vurğun küçəsində 4 və 5 saylı saylı iki mərtəbəli, H. Əliyev prospektində 87 saylı bir mərtəbəli kommunal yaşayış binalarında təmir işləri aparılmış, H.Əliyev prospektində 5, 11/1, 22, 112a, 112b, 112d, 149 və 151, 153 E.Əsədov küçəsində 5 və 8a, Ü.Hacıbəyov küçəsində 33, 43, 47 saylı beş mərtəbəli kommunal yaşayış binalarının 14100 kv. metr zirzəmiləri tullantılardan təmizlənmiş, səliqə-səhman yaradılmışdır. Kommunal binaların 95156 kv. metr əraziləri süpürülmüş, 13716 kub metr məişət tullantıları və kanalizasiya suları mərkəzi zibilxanaya daşınmışdır. İl ərzində Bərdə rayonunda salınmış 105 hektar yaşıllıq zolaqlarına və əkilmiş ağaclara aqrotexniki qaydada qulluq edilmiş, gündəlik 377 min kv. metr ərazi sü təmizlənmişdir. Cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olmuş, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik yaşayış məhəlləsini, "Asan xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açmış, "Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olmuşdur. Cənab Prezidentə yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu təqdim olunmuşdur. Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini vermişdir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Bərdyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixdə "Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında”Sərəncam imzalamış, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırmışdır. Ötən dövr ərzində rayon ərazisində Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması üçün layihə əsasında yolun kənarlarında abadlıq işləri aparılmış, yol boyu bütün kommunikasiya xətləri texniki normaya gətirilmişdir. Bərdə rayonundada İcra Hakimiyyətinin təsisçiliyi ilə 819 vakant iş yerləri yaradılmış, indiyədək 187 nəfər artıq yeni iş yerlərinə təyinat almışlar. Rayonda pambıqçılığın inkişaf etdirilməsi üçün İcra başçısı Vidadi İsayev tərəfindən mövcud imkanlara baxış keçirilir. Makroiqtisadi göstəriciləri nəzərə alsaq, ötən dövrlə müqaisədə məhsul buraxılışının həcmi 6,6 faiz, o cümlədən sənaye məhsulu istehsalı 4,3 faiz, kənd təsərrüfatı 5,6 faiz, nəqliyyat xidməti 4,7 faiz, informasiya və rabitə xidmətləri 9,4 faiz, ticarət xidmətləri 8 faiz, tikinti-quraşdırma işləri 7,5 faiz artmışdır. Olduqca sevindirici haldir ki, Bərdədə istehsal böyük həcmdə artmış, rayonun dinamik inkişafı isə sürətlə davam etməkdədir.


http://milletinsesi.info/uploads/posts/2016-04/1461436612_berde6.jpg


Yaşayış məntəqələrinin qazlaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilmiş, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər davam etdirilmişdir. Bərdə rayonunda il ərzində 5518 ailəyə, cari ilin ötən dövründə 766 ailəyə, cəmi 6284 ailəyə təbii qaz verilmişdir. Hazırda digər kəndlər qazlaşdırılır. Həqiqətən də, Bərdə şəhərinə təşrif buyuraraq, onun xüsusi gözəlliyi və vəhdət təşkil edən quruculuq yeniliklərini bir arada kəşf etmək olduqca ürəkaçan faktdır. Bərdə rayon İcra Hakimiyyəti binası qarşısında uzanan geniş və son dərəcə nadir ekzotik bitki örtüyü ilə bəzənmiş parkda insan özünü əsl cənnətdə hiss edir. Qəribədir ki, Bərdə haqqında məlumatlar və müxtəlif çəkilişlər izlənsə də, gözlə görülən gözəllik birbaşa ürəyə nüfuz edərək, yaddaşa həkk edilir. Bərdənin gəzməli, görməli yerlərində ucalan abidələr, yeni salınan Heydər Əliyev parkı, təbiətin qoynunda yaradılan saysız- hesabsız istirahət güşələri bura çoxsaylı qonağı cəlb etməkdə davam edir.

Yusif Məhəmmədoğlu