Çünki biz Türkiyəyik - Baş nazir

Biz məzlumların ümidiyik. Çünki biz Türkiyəyik.

 

sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Beynəxalq Miqrantlar Günü münasibətilə Tvitter hesabında yazıb.

 

"Bizdən yardım istəyənlərə dinini, irqini öyrənmədən əlimizi uzatdıq. Bu gün və sabah da onların yanında olacağıq. Dünyanın dörd bir tərəfindən gələn yalvarışları cavabsız qoymadıq. Çünki biz məzlumların ümidi olan Türkiyəyik”, - Yıldırım bildirib.