Deputat seçicilərin müraciətini aidiyyatı qurumlara göndərdi

Seçici qəbulu zamanı bizə vətəndaşlardan daxil olan müraciətlərdə sosial problemlər xüsusi çəkiyə malik olur. Bu gün 229 secicinin bu qəbildən olan problemləri üzrə aidiyyatı strukturlara müraciət etdik. Müraciətdə qaldırılan məsələlərin 144-ü məşğulluq, 30-u özünüməşğulluq proqramı, 31-i əlilliyin qiymətləndirilməsi, 24-ü isə ehtiyacı olan şəxslərin müalicəsinin həyata keçirilməsinə kömək edilməsi ilə bağlıdır. Müvafiq strukturların problemə həssas yanaşacağına inanırıq.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı