Dövlət büdcəsinə yenidən baxıla bilər

"Azərbaycanın 2017-cı il üzrə dövlət büdcəsinə yenidən baxıla bilər”

Bunu AzVision.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Büdcədə neftin qiymətini 40 dollar götürmüşük. Hal-hazırda neftin qiyməti 50 dollar səviyyəsindədir. Bu səbəbdən büdcəyə yenidən baxıla bilər. Amma bu məsələ hazırda gündəmdə deyil. Ehtiyac duyularsa, müzakirəyə çıxarılacaq”.

Qeyd edək ki, son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi əsasən neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur.