Bələdiyyələr niyə inkişaf etmir? -Ekspert açıqladı

Azərbaycanda bələdiyyələr niyə inkişaf etmir? Bu institutun normal fəaliyyəti üçün həm qanunverici bazanın həm Maddi texniki bazanın olmasına baxmayaraq bələdiyyələr yerində sayır. 

Məsələ ilə bağlı sabahinfo.az saytına açıqlama verən ekspert Vüqar Tofiqli deyir ki, problemin kökü bələdiyyələrin özündədir. Onun sözlərinə görə bu institutun inkişaf etməməsinə səbəb bələdiyyələr arasında birlik olmaması, vahid platformadan çıxış edə bilməməsidir.