Elmar Məmmədyarov: “Azərbaycan ümumbəşəri problemlərin birgə həllinin tapılmasında maraqlıdır”

"Əfsuslar olsun ki, dünyada təhlükələr və çağırışlar getdikcə artır, son illər dünyanın müxtəlif bölgələrində çox təhlükəli, narahatedici hadisələr baş verir. Qanlı toqquşmalar, müharibələr, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın "La lettre Diplomatique” jurnalına müsahibəsində deyib.

 

Bir çox ölkələr humanitar böhranla üzləşib. Eyni zamanda radikalizm və separatizm meyilləri güclənib. Həmçinin Yaxın Şərqdəki müharibələrlə əlaqədar insanlar kütləvi şəkildə Avropaya üz tutmağa başlayıb, nəticədə qitə miqrant problemi ilə qarşılaşıb və antimiqrant meyillər güclənib. Mənim ölkəm də etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmdən əziyyət çəkib və çəkir. Humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi Azərbaycan istənilən imkandan faydalanmaqla, ümumbəşəri problemlərin birgə həllinin tapılmasında maraqlıdır”, - deyə o vurğulayıb.