Elmar Məmmədyarov Qətərin xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. sabahinfo.az