Elnur Allahverdiyev seçiciləri ilə görüş keçirib

Millət vəkili Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.  Məlumata görə, Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları və tövsiyyələrinə riayət etməklə, sosial məsafəni qorumaqla həyata keçirilən görüşdə seçicilərin problemləri dinlənilib. 
Seçicilərimizi maraqlandıran və narahat edən problemlər əsasən hüquqi məsləhət, mənzil, sosial müavinətlərin alınması və məşğulluq xarakterlidir. 

Sonda o da qeyd olunub ki, May ayında 456 müraciətə baxılıb, onlardan 452-i həllini tapıb, 3-ü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız olub. Ötən 3 ayda 1815 ailəyə baş çəkilib.

O da vurğulanıb ki, məşğulluq, gündəlik dolanışıq, təhsil, iqtisadiyyat və s. sferalar Covid-19 virusundan ziyan çəkirlər. Ancaq bu bəlanın ən çox mənfi təsir göstərdiyi bizim insani münasibətlərimiz, ünsiyyətimiz, aramızdakı mehribançılıqdır. Az-az görüşməyə məcburuq, hamımızın sağlamlığı naminə. Bu səbəbdən görüşlərimizi fərdi qaydada, məhdud sayda iştirakçıların olması ilə və videoformatda davam etdirəcəyik. Eyni zamanda, Feysbuk və İnstaqram profilimiz 24 saat aktivdir, günün istənilən vaxtı yaza bilərsiniz, mütləq cavablandırılacaq. Başlıca amalımız sizi narahat edən problemlərin həllinə nail olmaqdır. Daha gözəl günlərimiz qarşıdadır!
Biz birlikdə güclüyük! 
Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve oturan insanlar



Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve oturan insanlar