Benzin istehsalı artıb

2021-ci ildə Azərbaycanda avtomobil benzininin istehsalı 7,9 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artıb.

Yanacaq mazutunun istehsalı 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 67,2 faiz, sürtkü yağlarının istehsalı 39,1 faiz, neft koksunun istehsalı 29,7 faiz, dizel yanacağının istehsalı 16,2 faiz artıb.