Erməni analitik: "Sarkisyanı heç kim ciddi qəbul etmir"

Fransanın strateji tədqiqatlar institutunun eksperti Kayts Minasyan Serj Sarkisyan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə irəli sürülmüş "üç şərt" barədə fikirlərini bildirib.

"Aprel müharibəsindən sonra Serj Sarkisyan "üç şərt" irəli sürdü ki, bunlardan biri özündə münaqişə zonasında beynəlxalq nəzarət sxemlərinin tətbiqini ehtiva edir. Sarkisyan həmçinin bildirib ki, bu şərtlər yerinə yetirilməyincə danışıqlar növbəti mərhələyə keçə bilməz. Mən Minsk Qrupunun həmsədrlərinin və ümumilikdə, dünya ictimaiyyətinin Serj Sarkisyana nə qədər ciddi yanaşdıqlarını bilmirəm", - Milli.Az virtualaz-a bildirir ki, bunları analitik deyib.

"Birinci dəfə deyil ki, o, hansısa şərtləri "irəli sürür", lakin heç bir irəliləyiş görmürük. Yadınızdadırsa, hələ 2010-cu ildə Qazaxıstanda Sarkisyan bəyan etmişdi ki, Azərbaycan "DQR"ə qarşı hücumlarını davam etdirərsə, Ermənistan dərhal Qarabağın müstəqilliyini tanıyacaq. O vaxtdan artıq altı il keçib, bu vaxt ərzində Qarabağ ətrafında vəziyyət daha da kəskinləşib, Sarkisyanın sözləri isə söz olaraq qalıb. O özü özündən soruşmalıdır: "Mənə, mənim sözlərimə və bəyanatlarıma beynəlxalq təşkilatlar və bütövlükdə dünya ciddi yanaşırmı?" Elə indi də, "üç şərt"i irəli sürməzdən əvvəl o özünə bu sualı verməli idi. İndi o, mütəmadi olaraq hansısa qarşılıqlı güzəştlərdən danışır və heç kim bilmir, bunlar olacaqmı, ya yox, heç kim anlamır ki, onun bəyanatlarını necə qarşılasın. Bütün sual da məhz bundan ibarətdir", - K.Minasyan deyib.