Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

Erməni silahlı birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıblar. 

sabahinfo.Az-ın məlumatına görə, APA-nın Qarabağ bürosuna istinadən verdiyi xəbərinə görə, təlimdə ağır artilleriya və zirehli texnikalardan istifadə edilir. 

Ağdamın Uzundərə adlanan ərazisində atılan top, tank və digər iriçaplı qurğuların sursatlarının partlayış səsi cəbhəyanı yaşayış məntəqələrindən eşidilir. Hazırda təlimlər davam edir.