DİN Bəxtiyar Hacıyevın ittiham edildiyi maddələri AÇIQLADI - YENİLƏNİB

Daxili İşlər Nazirliyi İctimai fəal Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün  məhkəməyə göndərilib.

***

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.